İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin Silahlı Qüvvələrinin hərbi imkanlarını yüksək qiymətləndirib və İran ordusunun qarşıdurma şəraitində öz gücünü nümayiş etdirdiyini bildirib.
Referans Media xəbər verir ki, Əraqçı X hesabında paylaşdığı açıqlamada İran Silahlı Qüvvələrinin dünyanın ən bahalı ordusu qarşısında hazırlığını, imkanlarını və hərbi gücünü nümayiş etdirdiyini qeyd edib.
“İranın qüdrətli Silahlı Qüvvələri dünyanın ən bahalı ordusu qarşısında öz hazırlığını, imkanlarını və gücünü nümayiş etdirdi”, – deyə nazir bildirib.
Əraqçı həmçinin müsəlman ölkələri arasında birlik və həmrəyliyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müsəlmanlar bir olduqları halda xarici qüvvələrdən gələn müxtəlif təhdidlərə cavab vermək imkanına malikdirlər.
“Yalnız özümüzə arxalanmaq və həqiqi qardaşlığı möhkəmləndirmək vaxtı çatıb”, – deyə İran XİN rəhbəri əlavə edib.//Globalinfo.az
