Amasya və Tokatda şok: Yağışlar həyatı iflic etdi - təhsil dayandırıldı - VİDEO

Amasya və Tokat vilayətlərində güclü yağışlar səbəbindən sel və daşqın riski artıb. Bir sıra rayonlarda təhsil müvəqqəti dayandırılıb.

Hansı bölgələrdə məktəblər bağlandı?

Referans Media xəbər verir ki, Amasya Mərkəz və Taşova rayonlarında 20 mayda 1 günlük tətil elan edilib. Turhal rayonunda isə 20–22 may tarixlərində 3 gün dərslər dayandırılıb

Rəsmi açıqlamalara görə, son günlər bölgədə yağıntılar intensivləşib, Yaşilırmak çayında su səviyyəsi kəskin artıb və daşqınlar müşahidə olunub.

Eyni zamanda Almus Su Anbarı doluluq həddinə çataraq su buraxılışı həyata keçirməyə hazırlaşır. Bu da aşağı ərazilərdə əlavə daşqın riskini artırır.


Valiliklər əhalini çay yataqları və riskli ərazilərdən uzaq durmağa çağırıb. Həmçinin hava proqnozlarının izlənməsi və rəsmi xəbərdarlıqlara əməl edilməsi tövsiyə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki