O, “Bakı Payızı-88” musiqi müsabiqəsinin laureatlarından biri olub. “Yurmala” müsabiqəsində iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin final mərhələsinə yüksəlib. Daha sonra “Qaya” qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.
“Referans” xəbər verir ki, vərəmdən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür və 8 sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.
Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Şəhərin prestijli klublarının birində səhnəyə çıxır.
“Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusu alan Sevil Hacıyeva Sosial Təhlükəsizlik koduna sahib olub.
O, yaradıcılığının çiçəklənən vaxtı, 12 sentyabr 2000-ci ildə bir soyğunçu tərəfindən güllələnərək öldürülüb.
Daha ətraflı videoda: