image-699e84d32149f31b6fbda0eabackend

Amerika Birləşmiş Ştatlarıın aviadaşıyıcısında texniki problem

ABŞ-ın İranla artan gərginlik fonunda ikinci aviadaşıyıcını Şərqi Aralıq dənizinə göndərdiyi bildirilir. Təxminən 13 milyard dollar dəyərində olan USS Gerald R. Ford Yunanıstana çatıb.

Məlumata görə, 240 günü aşan yerləşdirmə müddəti səbəbindən gəmidə tullantı (kanalizasiya) sistemində texniki nasazlıqlar yaranıb. Bildirilir ki, missiya müddəti 11 aya qədər uzadıla bilər və bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin tarixində rekord göstərici ola bilər.

Rəsmilər isə baş verən nasazlıqların gəminin əməliyyat qabiliyyətinə təsir etmədiyini açıqlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki