ABŞ-ın şimal-şərq ştatlarında güclü qar fırtınası və şaxtalı hava gündəlik həyatı demək olar ki, dayanma nöqtəsinə çatdırıb. New York, New Jersey və Connecticut ştatlarında fövqəladə vəziyyət elan olunub, məktəblər və bir çox dövlət qurumları bağlanıb.
Ən çox qar Rhode Island ştatında yağıb. Paytaxt Providence yaxınlığında yerləşən TF Green International Airport ərazisində qarın qalınlığı 96 santimetrə çatıb ki, bu da 1978-ci ildən bəri ən yüksək göstəricidir.
Bəzi bölgələrdə küləyin sürəti saatda 140 km-ə yaxınlaşıb, yüz minlərlə abonent işıqsız qalıb. Xüsusilə Massachusetts ştatında 270 mindən çox elektrik kəsintisi qeydə alınıb.
Məlumatlara görə, pazar günündən bəri 11 mindən çox uçuş ləğv edilib, 21 mindən artıq reys isə gecikib. Connecticut ştatında isə bəzi ərazilərdə qarın hündürlüyü 70 santimetri keçib və sakinlər evlərində mahsur qalıblar.
Sinoptiklər yaxın günlərdə bölgədə yenidən qar yağacağını proqnozlaşdırır.























