image-israil-cumhurbaskani-turk-hava-sahasina-giremedigi-19785130_2393_ampbackend

Ankara icazə vermədi: İsrail prezidentinin uçuşu 8 saata uzandı

İshaq Herzoqun Qazaxıstana səfəri zamanı gözlənilməz diplomatik maneə yaranıb. Türkiyə İsrail prezidentinin təyyarəsinə öz hava məkanından istifadə üçün icazə verməyib.

Referans Media xəbər verir ki, bu qərardan sonra təyyarə marşrutunu dəyişmək məcburiyyətində qalıb. Uçuş Avropa və Rusiya üzərindən həyata keçirilib.

Normal şəraitdə daha qısa müddətdə başa çatmalı olan Tel-Əviv–Astana reysi alternativ marşrut səbəbindən xeyli uzanıb və ümumilikdə 8 saat davam edib. Təyyarə Türkiyə hava məkanından yan keçərək minlərlə kilometr əlavə məsafə qət edib.

Bütün çətinliklərə baxmayaraq, Herzoq Astana şəhərinə təhlükəsiz eniş etdiyini açıqlayıb. O bildirib ki, səfər çərçivəsində ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Bu hadisə Türkiyə ilə İsrail arasında münasibətlərdə mövcud gərginliyin yeni təzahürü kimi qiymətləndirilir. Hava məkanının bağlanması beynəlxalq səfərlərə birbaşa təsir göstərən mühüm diplomatik alətlərdən biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki