Ankara Respublika Baş Prokurorluğunun Ailənin Müdafiəsi və Cinsi Toxunulmazlığa Qarşı Cinayətlər üzrə İstintaq Bürosuna daxil olan məlumatlar və artan şikayətlər əsasında araşdırma başlayıb. Araşdırma çərçivəsində Ankara Polis İdarəsində xüsusi istintaq qrupları yaradılıb.
Referans Media xəbər verir ki, polis əməkdaşları Çankaya rayonunda gecə klubu adı altında fəaliyyət göstərən və qadınları istismar edərək fahişəliyə məcbur etdiyi ehtimal olunan 11 obyekti nəzarətə götürüb. Dörd ay ərzində mülki geyimli polis əməkdaşları müştəri qismində həmin məkanlara gedərək şübhəliləri izləyib.
Gizli kameralar vasitəsilə obyekt işçiləri ilə müştərilər arasında aparılan fahişəlik razılaşmaları sənədləşdirilib. Keçirilən əməliyyat nəticəsində obyekt sahibləri, menecerlər və digər işçilər də daxil olmaqla saxlanılan 81 nəfərdən 60-ı həbs olunub.
Əməliyyatdan sonra sözügedən bütün obyektlərin fəaliyyəti dayandırılıb.
