image-suleymaniye-mosque-and-the-turkish-flag-istanbul-turkeybackend

Ankaranın ittifaq addımı regionu silkələdi: üç ölkə ayağa qalxdı

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında təxminən bir illik danışıqlardan sonra müdafiə müqaviləsi layihəsi hazırlanıb.

Referans Media xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bəyanat yayıb.

Onun sözlərinə görə, bu layihə son iki ildə regional zorakılığın artmasına qarşı görülən tədbirlər çərçivəsində hazırlanıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Ankaranın Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə ittifaqı danışıqlarının davam etdiyini, lakin hələlik heç bir razılaşma imzalanmadığını bildirib.

Fidan vurğulayıb ki, bölgədə müharibələrin və terrorizmdən qaynaqlanan qeyri-sabitliyin yaranmasına səbəb olan “çatlaqlar”ı yaradan təhlükəsizliyin aradan qaldırılması üçün daha geniş regional əməkdaşlıq və etimad lazımdır.

Qeyd edək ki, sözügedən ittifaq Yunanıstan, İsrail və Hindistanda böyük panikaya səbəb olub. Hər üç ölkənin mətbuatı Pakistanın nüvə gücünə, Türkiyənin güclü orduya və Səudiyyə Ərəbistanının iqtisadi gücə malik olduğunu və mümkün razılaşmanın onlar üçün böyük təhlükə yaradacağını yazıb./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki