İranın xarici işlər naziri Abbas Arakçı və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Referans Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Biz tammiqyaslı müharibənin ortasındayıq. Təcavüzə cavab olaraq İsrail və bölgədəki ABŞ bazalarına zərbələr endirən İran liderinin qisasını alacaq”, – Arakçı bildirib.
Mirzoyan isə İranın ali liderinin və İran vətəndaşlarının vəfatı ilə bağlı başsağlığı verib.























