image-ari-yaban-arisi-bee-2008390backend

Araşdırma: Arılar həqiqətən saya bilir

Elmi dünyada uzun müddətdir müzakirə olunan “arılar sayır, yoxsa sadəcə vizual fərqləri ayırd edir?” sualına yeni araşdırma aydınlıq gətirib. Nəticələr göstərir ki, arılar təkcə vizual naxışlara deyil, say anlayışına da reaksiya verə bilir.

Referans Media xəbər verir ki, Trento Universiteti-ndən nevroalim Mirko Zanon və Monash Universiteti-ndən zooloq Scarlett Howardın rəhbərlik etdiyi tədqiqat qrupu arıların dünyanı qavrama xüsusiyyətlərini əsas götürərək araşdırma aparıb.

Əvvəlki təcrübələrdə arılar müəyyən sayda fiqurları seçməkdə 75–80% uğur göstərsə də, bəzi mütəxəssislər bunun sayma yox, vizual mürəkkəbliyə əsaslandığını iddia edirdi. Lakin yeni analiz göstərib ki, arılar

üçün daha çox obyekt olan görüntülər mütləq daha “mürəkkəb” görünmür.
Bu isə arıların vizual hiylələrə deyil, birbaşa say fərqinə reaksiya verdiyini göstərir. Nəticələr Proceedings of the Royal Society B jurnalında dərc olunub və bildirir ki, heyvanların zəka səviyyəsini qiymətləndirərkən onların dünyanı necə gördüyünü nəzərə almaq vacibdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki