“Esra Ezmeci ilə Hər Şey Ortadadır” verilişinin qonağı olan məşhur rəqqasə Asena 8 illik evliliyinin sonlanması ilə bağlı açıqlamalar verib.
Asena uzunmüddətli münasibətlərinin bitməsinin səbəbini belə izah edib:
“Bir-birimizə olan sevgimizin və hörmətimizin azalmasını istəmədiyimiz üçün boşandıq. Həm işdə, həm də evdə daim bir yerdə idik. Bir müddət sonra hərbçi dostlar kimi olduq.”
Məşhur rəqqasə evlilik dövründə birlikdə çox vaxt keçirmələrinin münasibətlərini adiləşdirdiyini bildirib.
Veriliş zamanı ondan uzun fasilədən sonra səhnəyə qayıtmağının necə hiss olduğu soruşulub. Asena, “Boşandıqdan sonra səhnəyə çıxmaq necə hiss idi?” “Səkkiz ildən sonra yenidən səhnəyə qayıtdım. Səhnədə dönüb göz yaşlarına boğuldum” cavabını verib.






















