25 il sonra yenidən eyni səhnədə bir araya gələn İbrahim Tatlıses və Asenanın görüşü televiziya və sosial mediada geniş müzakirələrə səbəb olub. Asenanın “İbo Show – Yeni İl Xüsusi” proqramında iştirakı qarşılığında 2 milyon TL qonorar aldığı iddia edilir.
Referans Media xəbər verir ki, uzun müddət küsülü qalan Tatlıses və Asenanın proqramdakı səmimi görüntüləri diqqət çəkərkən, səsləndirilən məbləğ gecənin ən çox danışılan mövzularından biri olub.
Yıldız Tilbedən diqqət çəkən jest
Proqramın digər qonağı Yıldız Tilbenin canlı yayım zamanı etdiyi jest isə sosial şəbəkələrdə xüsusi maraq doğurub. Bülent Ersoyun “Polat Yağcı Asenanı necə razı saldı?” sualından sonra Tilbenin Asenanı göstərərək əl işarəsi ilə “pul” mənasını ifadə etməsi kameralara düşüb. Tilbenin “ikiqat pula, 2 milyon lirəyə” sözləri efirdə aydın şəkildə eşidilib.
Sosial mediada geniş rezonans
Asenanın 25 ildən sonra Tatlısesin proqramına qatılması və qarşılığında yüksək qonorar aldığı iddiası qısa müddətdə sosial mediada gündəmə çevrilib. İzləyicilər Yıldız Tilbenin jesti və proqramdakı dialoqlarla bağlı çoxsaylı şərhlər paylaşıb.
Müzakirələrin mərkəzində isə Asenanın proqramda iştirakına görə aldığı iddia edilən məbləğ dayanır.























