“Biz avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni alqışlayırıq”.
Referans xəbər verir ki, bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi bu münasibətlə təbrik edir, ABŞ Prezidenti Donald Trampın bu razılaşmanın baş verməsində liderlik rolunu yüksək qiymətləndiririk.
ATƏT hər iki ölkəyə davamlı sülh və sabitlik gətirməyə yönəlmiş bütün səylərə sadiqdir. ATƏT avqustun 8-də qəbul edilmiş Birgə Bəyannamənin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır”, – deyə baş katib qeyd edib. //publika.az