Almaniyada yüzlərlə yeni istehsal edilmiş “Audi” markalı avtomobil utilizasiya ediləcək. Səbəb isə onların vaxtında satılmaması və saxlama və ya sonradan satışın şirkət üçün daha baha başa gəlməsidir.
Bu qərar avtomobil nəhəngi tərəfindən brendin bazar dəyərini qorumaq məqsədilə verilib.
Belə ki, artıq avtomobillərin satışa çıxarılması bazarda qiymətlərin ucuzlaşmasına və markanın imicinin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən də şirkət minlərlə avro dəyərində olan avtomobilləri utilizasiya etmək qərarına gəlib.
Qeyd edək ki, bu praktika yalnız “Audi”yə xas deyil. Dünyaca məşhur bir çox avtomobil istehsalçıları da artıq qalan modelləri məhv edərək bazar sabitliyini və markanın prestijini qorumağa çalışır.