Avropa hava limanlarını dağıdan kiberhücumla bağlı həbs edilən var

Keçən həftə Avropanın ən işlək hava limanlarından bəzilərində avtomatik qeydiyyat sistemlərini sıradan çıxaran kiberhücumla bağlı qırx yaşlarında olan kişi həbs edilib .Referans bildirir ki, İngiltərə Milli Cinayət Agentliyinin (NCA) CNN-ə verdiyi açıqlamada çərşənbə axşamı İngiltərənin Qərbi Susseks şəhərində həbs edilən adamın Kompüterdən Sui-istifadə Aktı cinayətlərində şübhəli bilinərək saxlanıldığı bildirilib. O, şərti zaminə buraxılıb.

NCA-nın Milli Kibercinayətkarlıq Bölməsinin rəhbəri Pol Foster açıqlamasında “Bu həbs müsbət addım olsa da, bu insidentlə bağlı istintaq ilkin mərhələdədir və hələ də davam edir” deyib.

“Kibercinayətkarlıq Böyük Britaniyada əhəmiyyətli pozuntular törətməyə səbəb olan qalıcı qlobal təhlükədir. NCA ölkə daxilində və xaricdəki tərəfdaşları ilə yanaşı Britaniya ictimaiyyətini qorumaq üçün bu təhlükəni azaltmağa qərarlıdır” deyə qeyd edib.

Keçən cümə günü aviasiya şirkəti Collins Aerospace kiberhücuma məruz qalıb ​​və bu hücum, London, Brüssel, Berlin və Dublin şəhərlərindən yola düşməyə hazırlaşan sərnişinlər üçün maneələrə səbəb olub.

Brüssel Hava Limanı sərnişinləri onlayn yoxlamaq üçün iPad və noutbuklardan istifadə edib. Berlin Brandenburq Hava Limanında bir sərnişin isə Reuters agentliyinə səyahət edənlərə əlyazma minmə vəsiqələri verildiyini bildirib.

Çərşənbə günü səhər saatlarında etdiyi açıqlamada Berlin hava limanı fasilələrin davam etdiyini bildirib.

“Qeydiyyat və minmənin hələ də əsasən əl ilə olduğunu nəzərə alsaq, bütün mövcud resursların səfərbər edilməsinə baxmayaraq, aviaşirkətlər tərəfindən daha uzun qeydiyyat prosesi, gecikmələr və reyslərin ləğv edilməsi bugün də davam edə bilər” deyib və hava limanının kiberhücumun sərnişinlərə “təsirini minimuma endirmək üçün alternativ həllər” üzərində işlədiyini bildirib.

Londonda yerləəşən Hitrou Beynəlxalq Hava Limanı çərşənbə günü bildirib ki, uçuşların əksəriyyəti “normal şəkildə işləyir”. Brüssel hava limanı isə çərşənbə axşamı etdiyi açıqlamada kiber hücum səbəbilə uçuşlarda “məhdud fasilələr” ola bilər.

Referans MEDİA

Xəqani Əzizli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki