Avtomobillər dayanıb, sürücülər şokda: Çəyirtkə istilası baş verib

Mərakeşin ərazi iddiasında olduğu Qərbi Saharadakı Boujdur şəhərində nəhəng çəyirtkə sürüləri magistralı tamamilə işğal edərək hərəkətdə olan avtomobillərə çırpılıb.

Referans Media xəbər verir ki, səmanı əhatə edən sürü, sosial mediada “qiyamət əlaməti” kimi şərhlərə səbəb olub.

Nəhəng çəyirtkə sürüləri Boujdur şəhərinin magistral yolunu tamamilə əhatə edib. Sürülər hərəkətdə olan avtomobillərə çırpılıb, yol hərəkətində ciddi əngəllər yaradıb.

Görüntülərdə çəyirtkələrin intensivlik və təsirinin sürətlə artdığı açıq şəkildə görünür. Sosial mediada yayılan videolar izləyicilər tərəfindən böyük maraq və şok ilə qarşılanıb.

Afrikanın qərb sahillərində baş verən bu nəhəng çəyirtkə istilası bölgədə ciddi narahatlıq yaradıb və insanlar arasında qorxu hissi doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki