image-abd-senato-adayindan-skandal-sozler-ayasofya-iade_9ada347c7f_ampbackend

Ayasofya açıqlaması beynəlxalq qalmaqala çevrildi: ABŞ–Türkiyə gərginliyi artdı

ABŞ Senatına namizəd olan Mark Linç, Türkiyə və Ayasofya ilə bağlı açıqlamaları ilə böyük müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, Cənubi Karolinadan namizədliyini irəli sürən Mark Linç, Ayasofyanın 2020-ci ildə məscidə çevrilməsini tənqid edərək bunu “xristian tarixinə qarşı hörmətsizlik” adlandırıb.

O, seçiləcəyi halda “Ayasofyanın yenidən kilsəyə qaytarılması haqqında qanun” təqdim edəcəyini və bu baş verməzsə Türkiyə ilə bütün idxal ticarətinin qadağan edilməsini tələb edəcəyini bildirib. Mark Linçin iddiasına görə, bu ticarət həcmi illik milyardlarla dollar dəyərindədir.

Namizəd həmçinin ABŞ Konqresində dini liderləri – pravoslav, katolik və protestant nümayəndələri bir araya gətirərək bu mövzuda ictimai dəstək formalaşdırmaq istədiyini açıqlayıb.

Onun açıqlamaları ABŞ–Türkiyə münasibətlərinə dair sərt ritorika və dini motivli siyasi bəyanatlar kimi qiymətləndirilərək geniş tənqidlərə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki