Azərbaycan diasporunun lideri Rusiyada SAXLANILDIbackend

Azərbaycan diasporunun lideri Rusiyada SAXLANILDI

  “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski saxlanılıb.

Referans xəbər verir ki, bu barədə Life.ru məlumat yayıb.

“Xəbər verdiyimiz kimi, hər şey Uraldakı Azərbaycan diasporunun rəhbəri, həm də məhbusun atası Şahin Şıxlinskinin saxlanması zamanı baş verib. İlkin ehtimala görə, Şıxlinskinin oğlu olduğu üzə çıxan sürücü tərs hərəkətə başlayıb və təhlükəsizlik əməkdaşını yıxıb”, – məlumatda deyilir.

Xatırladaq ki, iyulun 1-də Şahin Şıxlinski saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. O, dindirildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Qardaşların meyitləri ölkəyə gətirildikdən sonra Azərbaycanda aparılan ikinci müayinə onların döyüldüyünü, xüsusən də Ziyəddin Səfərovun aldığı çoxsaylı ağır xəsarətlərdən post-travmatik şok nəticəsində dünyasını dəyişdiyini göstərib./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki