Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu alınacaq.

Referans Media  report-a istinadən xəbər verir ki, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunma halları isə "Dövlət rüsumu haqqında" qanunla müəyyən ediləcək.

Həmçinin iş icazəsinin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödəniləcək.

Bundan başqa, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödəniləcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki