Azərbaycan Ordusu Cənubi Koreyada keçirilən yarışda təmsil olundu – FOTOLAR

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan “4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi”ndə iştirak edib.

Referans Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.

Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsi olub.

Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş şəraitlərində fəaliyyət imkanlarının nümayiş etdirilməsi, həmçinin bilik və bacarıqların paylaşılması baxımından əhəmiyyətli olduğu bildirilir.

6aad6707d3b3d6aad6707d3b3e17897489996aad6707d3b3b6aad6707d3b3c6aad6707e46d16aad6707e46d217897489996aad6707e46cf6aad6707e46d06aad6707ed2096aad6707ed20a17897489996aad6707ed2076aad6707ed2086aad67080f9a06aad67080f9a117897489996aad67080f99e6aad67080f99f6aad670807b776aad670807b7817897489996aad670807b756aad670807b766aad6708007b96aad6708007ba17897489996aad6708007b76aad6708007b8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki