Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı ölüb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.

Hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü Turan Həsənlini vurub. Nəticədə 4 yaşlı uşaq aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki