Qeyri-etik ifadə üstündə dostunu qətlə yetirdi – FOTOLAR

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə Əlimərdan Topçubaşov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, qonşuluqda yaşayan və uzun illərdir bir-birini tanıyan iki nəfər arasında mübahisə faciə ilə nəticələnib. İddialara görə, 34 yaşlı Mahmud Əliyev 44 yaşlı tanışı Rüfəti yaşadığı mənzildən küçəyə çağırıb. Mübahisə zamanı Mahmud Əliyev tanışına bıçaqla zərbə endirib.

Ağır xəsarət alan Rüfət hadisə yerində həyatını itirib.

Yaxınlarının sözlərinə görə, mərhum subay olub. Hadisəni törətməkdə şübhəli bilinən Mahmud Əliyev isə bir müddət əvvəl ailəsindən ayrılıb və psixoloji gərginlik içərisində olub.

Qonşuların bildirdiyinə görə, tərəflər arasında əvvəllər də müəyyən narazılıqlar yaşanıb. İddialara əsasən, son mübahisəyə səbəb Rüfətin Mahmud Əliyevə ünvanladığı qeyri-etik ifadə olub. Bundan sonra onların arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Mahmud Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Mr Mrs 1 4Mr Mrs 2 2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki