Vensdən etiraf: Respublikaçılar buna görə uduzdu

ABŞ-da respublikaçıların seçkilərdə məğlubiyyətinin əsas səbəblərindən biri İrana qarşı başladılan müharibə olub.

Referans Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Donald Trampa səs verən seçicilərin bir qismi narazı qalaraq demokratları dəstəkləməyə üstünlük verib. Həmin seçicilərin respublikaçılara yenidən səs verməsi üçün müharibənin dayandırılması, inflyasiya və yaşayış xərclərinə diqqətin artırılması, “Öncə Amerika” siyasətinə qayıdış və İsraillə münasibətlərin dəyişdirilməsi kimi şərtlər irəli sürülüb.

Vens vurğulayıb ki, respublikaçıların məğlubiyyətinin səbəbləri təhlil edilərkən İrana qarşı müharibənin seçicilərin mövqeyinə təsiri mütləq nəzərə alınmalıdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da respublikaçıların seçkilərdəki məğlubiyyətində İran müharibəsinin rolunu etiraf edib./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki