Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum

Fransada qan komponentlərinin saxlanıldığı soyuducu kameraların sistemlərinə kiberhücum edilib.

Referans Media xəbər verir ki, noyabrın 2-də hakerlər Fransanın Qan Xidmətinin (EFS) üç obyektində istifadə olunan soyuducu avadanlıqların idarəetmə sistemlərinə müdaxilə ediblər. Onlar temperatur hədlərini və buzun əridilməsi parametrlərini dəyişdiriblər.

Xidmət əməkdaşları nasazlığı vaxtında aşkarlayaraq qan komponentlərini digər soyuduculara köçürüblər. Nəticədə xəstələrin sağlamlığı üçün heç bir təhlükə yaranmayıb və qan komponentləri itkisi qeydə alınmayıb.

Qeyd edək ki, oxşar hücumlar daha əvvəl Avropanın bir sıra ölkələrində də qeydə alınıb.//Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki