Türkiyənin 2040-cı il planı: Enerji sahəsində nələr dəyişəcək?

Türkiyə 2040-cı ildə elektrik enerjisinin 70 faizini bərpaolunan mənbələrdən əldə etməyi hədəfləyir.

Referans Media xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, bərpaolunan enerji həm ölkənin enerji təhlükəsizliyini gücləndirir, həm də xarici enerji mənbələrindən asılılığı azaldır. Bu siyasət Türkiyənin 2053-cü ilədək xalis sıfır emissiyaya nail olmaq hədəfinə də uyğundur.

Bayraktar bildirib ki, Türkiyənin yeni enerji yol xəritəsi – “Milli Enerji 2040” vizyonunun detalları sabah İstanbulda keçiriləcək təqdimat mərasimində açıqlanacaq./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki