Azərbaycanda sabiq məmur vəfat etdi

Z.Abbasəliyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Mərhum sabah dəfn olunacaq.

Qeyd edək ki, Ziyad Məhəmmədəli oğlu Abbasəliyev 1950-ci il yanvarın 1-də Qərbi Azərbaycanın (Krasnoselo-Çənmərək) Ağbulaq kəndində anadan olub.

Moskva Ali Həmkarlar İttifaqı məktəbinin İqtisadiyyat fakültəsini bitirib.

Z.Abbasəliyev 1973-cü ildə o vaxtkı Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində iqtisadçı kimi işə başlayıb, şöbə rəsi vəzifəsində işləyib. 1984-cü ildə kadrlar və tədris mütəxəssisləri idarəsinin rəisi təyin edilib və 1996-cı ilədək həmin vəzifədə çalışıb. 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini işləyib.

O, 1999-cu ildə Azərbaycanda əhalinin ilk siyahıya alınmasının hazırlanıb həyata keçirilməsinə rəhbərlik edib. Əhalinin 2009-cu il siyahıya alınmasının rəhbəri də o, olub.

Z.Abbasəliyev 2005-ci ildə Dövlət Stastika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. O, 2015-ci ilin sonuna qədər bu vəzifədə çalışıb. 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2015-cı ilin oktyabr ayında təqaüdə çıxıb.

Z.Abbasəliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri Mahir Abbasəliyevin atasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki