image-masin01backend

Azərbaycanda ucuz avtomobillər satışa çıxarılır – SİYAHI

Azərbaycanda nazirliklərə məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır.

Referans Media  xəbər verir ki, siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclisinin İşlər İdarəsi və Müdafiə Nazirliyinə məxsus müxtəlif nəqliyyat vasitəsi yer alıb.

Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1974-cü ildən 2007-ci ilədək, start qiyməti isə 1080 manatdan başlayaraq 53 475 manatadək dəyişir.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

10 mart 2026-cı il tarixində tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki