backend

Azərbaycanda yasda 20-dən çox şəxs dəm qazından zəhərləndi – FOTO

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.

Referans Media apa-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.

Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki