Azərbaycanla bağlı saxta paylaşım edən Türkiyə vətəndaşı saxlanıldı

  Azərbaycanla bağlı dezinformasiya yayan Tuğberk adlı Türkiyə vətəndaşı saxlanılıb. 

Referans.az  xəbər verir ki, o bu barədə “X” hesabında yazıb. 

Tuğberk bildirib ki, Azərbaycanla bağlı etdiyi paylaşıma görə ötən axşam İspaniyaya qayıdarkən hava limanında saxlanılıb və ifadə verib.

Qeyd edək ki, onun 2 gün öncə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yayması müzakirələrə səbəb olmuşdu. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını guya Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki