​“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinatbackend

​“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat

  “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib.

Referans.az  APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki