Bakı və İrəvan bu gün hansı sənədi imzalayacaq? – Tramp açıqladıbackend

Bakı və İrəvan bu gün hansı sənədi imzalayacaq? – Tramp açıqladı

  Azərbaycan və Ermənistan arasında sənədlərin imzalanması böyük şərəfdir.

Referans xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan və Ermənistan arasında münaqişə illərdir davam edib. Avropa İttifaqı, Rusiya və digər ölkələr bu münaqişənin həlli üçün çalışıblar. Bu gün burada bəyanat imzalanacaq, “Tramp sülh və rifah yolu adlanacaq. Bu yol çərçivəsində Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq. Əlbəttə ki, bu, Ermənistanın ərazi bütövlüyünə hörmət çərçivəsində baş tutacaq”,- o qeyd edib.  /globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki