Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi

İranın paytaxtı Tehranda, Mehrabad beynəlxalq hava limanının ətrafında hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü barədə məlumatlar yayılıb.

Referans Media xəbər verir ki, “Al Mayadeen” telekanalının İran müxbirinə istinadən yaydığı məlumata görə, şəhərin qərb hissəsində bir neçə güclü partlayış səsi eşidilib.

İlkin məlumatlarda səslərin İranın hava hücumundan müdafiə bölmələrinin naməlum hava obyektlərinə qarşı atəş açması ilə əlaqəli olduğu bildirilir.

Bununla belə, hadisənin səbəbi, hədəfə alınan obyektlərin növü və mümkün dağıntılar barədə rəsmi təsdiq yoxdur./Globalinfo.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki