Aİ Ukraynaya 1,76 milyard avro ayırdı – hansı silahlar alınacaq?

Avropa Komissiyası Ukraynanın təcili hərbi ehtiyaclarının qarşılanması məqsədilə Kiyevə 1,76 milyard avro vəsait köçürüb.

Referans Media xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Balazs Ujvari məlumat verib.

Onun sözlərinə görə, ayrılan vəsait 90 milyard avroluq Ukraynaya Dəstək Kredit Proqramı çərçivəsində ödənilib.

“Bu gün Avropa Komissiyası Ukraynaya 1,76 milyard avro vəsait köçürüb. Maliyyə raketlər, pilotsuz uçuş aparatları (PUA), sursat, hava hücumundan müdafiə sistemləri, o cümlədən erkən xəbərdarlıq radarları və digər müdafiə vasitələrinin alınmasına yönəldiləcək”, – deyə Ujvari bildirib.

O qeyd edib ki, bu vəsait hesabına ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınması mümkün olmayacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki