KKTC və İsveç arasında görüş: Adadakı son vəziyyət müzakirə edildi

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Tufan Erhürman İsveçin Lefkoşa səfiri Henrik Cederini qəbul edib.

Referans Media xəbər verir ki, görüş zamanı Kipr problemi, adadakı son vəziyyət və aktual siyasi proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

KKTC Prezidentliyində keçirilən görüşdə tərəflər Kipr məsələsinin hazırkı durumu və mümkün inkişaf istiqamətlərini müzakirə ediblər.

Görüşdə KKTC Prezidentinin müşavirləri də iştirak edib. Prezident Administrasiyasının katibi Mehmet Dana və Diplomatiya və Xarici Əlaqələr üzrə müşavir İpek Borman da görüşdə yer alıblar.

Söhbət zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, görüşün sonunda isə tərəflər arasında hədiyyə təqdimatı həyata keçirilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki