İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus MQM-170 tipli pilotsuz uçuş aparatının Hörmüz boğazı yaxınlığında bütöv vəziyyətdə ələ keçirildiyini açıqlayıb.
Referans Media xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, pilotsuz aparatın idarəetmə siqnalları ələ keçirildikdən sonra o, Qeşm adasının cənubunda yerə endirilib.
Qurumun bəyanatında bildirilir ki, bu, SEPAH Hərbi Dəniz Qüvvələrinin Elektron Müharibə və PUA Komandanlığı tərəfindən bütöv vəziyyətdə ələ keçirilən dördüncü MQM-170 tipli pilotsuz aparatdır.
Açıqlamaya əsasən, ümumilikdə isə İranın hava hücumundan müdafiə qüvvələri indiyədək Hörmüz boğazı yaxınlığında səkkiz pilotsuz uçuş aparatını bütöv vəziyyətdə ələ keçirib.
