SEPAH: Hörmüz boğazında iki neft tankeri minaya düüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Hörmüz boğazında qadağan olunmuş marşrutla hərəkət etməyə çalışan iki neft tankerinin minaya düşərək alovlandığını açıqlayıb.

Referans Media xəbər verir ki, SEPAH-a bağlı rəsmi Sepah xəbər kanalında yayılan məlumatda bildirilib ki, qaydaları pozan tankerlər bazar ertəsi ABŞ döyüş təyyarələrinin müşayiəti ilə boğazdan keçməyə cəhd edib.

Açıqlamada qeyd olunub ki, bazar və bazar ertəsi günləri ümumilikdə 6 tanker oxşar hadisə ilə üzləşib.

SEPAH neft şirkətlərinə Hörmüz boğazının cənub hissəsində yerləşən minalanmış qadağan olunmuş marşrutdan istifadə etməmək barədə xəbərdarlıq edib.

SEPAH bundan əvvəl bazar günü qaydaları pozan iki neft tankerinin qadağan olunmuş marşrutda minaya düşdüyünü və gəmilərdə partlayış baş verdiyini açıqlamışdı.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki