Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə “Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.
Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda “BakuKart” olduğu kimi, Naxçıvanda “NaxçıvanKart”, Sumqayıtda “SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?
Referans Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür. pizza mizza
Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi, bir-birində keçərli olması qarşıya qoyulan əsas hədəflərdən biridir.
