Baş nazir vacib qərar İMZALADIbackend

Baş nazir vacib qərar İMZALADI

  Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsi müddəti 2026-cü il yanvarın 1-dək uzadılıb.

Referans.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, sənədə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki