ABŞ-ın keçmiş prezidenti Co Bayden NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı Volodimir Zelenski haqqında xoşagəlməz fikirlər səsləndirib.
Bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
O, Baydenin sözlərini sitat gətirib: “Prezident Bayden yanımda böyük bir masada oturmuşdu. O, mənə tərəf əyildi və Zelenski baş ağrısıdır dedi”, – Stoltenberq vurğulayıb./Globalinfo.az
