İran hərbi mənbələri bu gün ölkədə fəaliyyət göstərən neft emalı zavoduna endirilən zərbəyə Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin cəlb olunduğunu iddia edir.
Tehranın yaydığı məlumata görə, hücumda BƏƏ-yə məxsus “Mirage-2000-9” tipli qırıcı təyyarələr iştirak edib.
Hadisə ilə bağlı rəsmi Əbu-Dabi hələlik açıqlama verməyib.
Eyni zamanda, Vaşinqton insidentdən dərhal sonra məsafə saxladığını bildirib. ABŞ tərəfi İranı məlumatlandıraraq qeyd edib ki, sözügedən zərbələrin nə Amerika qüvvələri, nə də İsraillə hər hansı əlaqəsi var.
Hazırda hadisə ilə bağlı əlavə təfərrüatlar dəqiqləşdirilir.//globalinfo.az























