Berlində 100 kiloqramlıq bomba tapıldı – 12 mindən çox insan təxliyə edildi

  Almaniyanın paytaxtı Berlinin Şpandau rayonunda İkinci dünya müharibəsinə aid bomba aşkarlanıb.

Çəkisi 100 kiloqram olan bombanın Rusiya istehsalı olduğu müəyyən edilib.

İnşaat işləri zamanı tapılan bomba ilə əlaqədar səhər saatlarında Şpandau rayonunda 12 min 400 nəfər təxliyə edilib. Əhalinin təxliyəsindən sonra bombanın zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilib və uğurla başa çatdırılıb.

Ötən gün axşam saatlarında Berlinin mərkəzində – Mitte rayonunda da İkinci Dünya müharibəsinə aid bomba aşkarlanmışdı./Publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki