Berlində HƏMAS-ın üzvü olan 3 nəfər saxlanıldı

  Berlində HƏMAS terror təşkilatına üzv olmaqda və dövlətə təhlükə yarada biləcək zorakılıq aktları planlaşdırmaqda ittiham olunan 3 nəfər saxlanılıb.Referans xəbər verir ki, bu barədə Federal Baş Prokurorluğu məlumat yayıb.

Şübhəlilərin HƏMAS-ın tapşırığı ilə Almaniyada silah-sursat topladıqları, yəhudi və İsrail obyektlərinə hücumlar planlaşdırmaq niyyətində olduqları bildirilib.

Saxlanılanlar bunlardır: 36 yaşlı Livan əsilli alman vətəndaşı, 43 yaşlı Livan vətəndaşı və 44 yaşlı Suriyadan olan alman vətəndaşı.

Əməliyyat zamanı “Glock” markalı tapança, AK-47 tipli avtomat və bir neçə yüz patron aşkarlanaraq götürülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki