Binəli Yıldırım İlham Əliyevə təşəkkür etdibackend

Binəli Yıldırım İlham Əliyevə təşəkkür etdi

  TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair “X” hesabında paylaşım edib.

Referans xəbər verir ki, Yıldırımın sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini gücləndirən tarixi bir görüşdür.

O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və qlobal nizam üçün davamlı güc mənbəyidir.

B.Yıldırım, qonaqpərvərlik üçün Azərbaycan liderinə təşəkkür edib.  



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki