Bir cümlə Türkiyədə gündəm yaratdı: Məşhur aparıcı ilə bağlı şok QƏRAR VERİLDİ

TRT 1 Ana Xəbər bülleteninin aparıcısı Işıl Açıkkarın "Analar Günü" münasibətilə canlı yayımda səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, aparıcı 10 may "Analar Günü"də belə deyib: “Allah hələ məni insan övladı ilə mükafatlandırmayıb, amma səssiz canlılara qulluq etməklə, onlara analıq etməklə şərəfləndirdi. Mən də pəncəli bir anayam”.

Onun ev heyvanlarına sevgini vurğulayan çıxışı sosial mediada müxtəlif reaksiyalar doğurub.

İstifadəçilərin bir qismi aparıcının sözlərini dəstəkləyərək heyvan sevgisinin önəmini vurğulayıb. Digər qrup isə bu ifadələrin "Analar Günü" ilə uyğunlaşmadığını bildirib.

Mövzu qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilib.

Türkiyə mediasında yayılan məlumatlara görə, yaranan reaksiyalardan sonra TRT 1 rəhbərliyinin Işıl Açıkkarı vəzifəsindən uzaqlaşdırdığı iddia edilir.

Lakin məsələ ilə bağlı TRT tərəfindən hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki