Bir gecədə 120 dron… – Moskva siyahı açıqladı

  Rusiya bir gecədə Ukraynaya məxsus 120 PUA-nı məhv edib.Referans xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum sözügedən dronların harada vurulduğunu da açıqlayıb: “30-u Bryansk vilayəti ərazisində, 29-u Kursk vilayətində, 18 PUA Oryolda, 17-si Belqorodda, 13-ü Tulqa vilayətində, 4-ü Kaluqada vurulub. Leninqrad vilayəti üzərində 3 pilotsuz uçuş aparatı, Smolensk üzərində 2, Novqorod 2, Tver 1, Azov dənizi suları üzərində isə 1 pilotsuz təyyarə vurulub”./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki