ABŞ sanksiyaları davam edərsə, yalnız İranda deyil, bütün Yaxın Şərqdə hava əlaqəsi dayanacaq.
Referans Media xəbər verir ki, bunu İranın Ali Liderinin müşaviri Məhəmməd Möhbər X hesabında paylaşıb. O, bildirib ki, Tehran ABŞ sanksiyaları səbəbindən İran aviaşirkətlərinə qoyulan məhdudiyyətlərə dözməyəcək: "Bölgədəki uçuşlar ya hamı üçün açıqdır, ya da heç kim üçün deyil. Əgər İranın uçuşları və hava limanı xidmətlərinə çıxışı məhdudlaşdırılarsa, regiondakı heç bir ölkənin belə bir çıxışı olmayacaq".
Yaxın Şərqdə hava məkanının geniş şəkildə bağlanması minlərlə uçuşun ləğvinə və yenidən planlaşdırılmasına, bilet qiymətlərinin artmasına və Avropadan Asiyaya uçuş müddətinin uzanmasına səbəb ola bilər.
Qeyd edək ki, ABŞ sanksiyalarına görə İraq və BƏƏ-dəki hava limanları İran aviaşirkətlərinə xidmətləri dayandırıb./Musavat.com
