Tramp Hörmüzün xəritəsini paylaşdı – Tramp boğazı...

ABŞ prezidenti Donald Tramp yenidən Hörmüzə öz adının verilməsi məsələsini gündəmə gətirib.

O, Truth Social-da Hörmüz boğazının Tramp boğazı adlandırıldığı xəritə dərc edib. Tramp şəkillə bağlı heç bir şərh verməyib. Boğaz xəritədə dairəyə alınıb və "Tramp boğazı" kimi qeyd olunub.

Xatırladaq ki, 9 sentyabrda Amerika lideri bir daha ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini bildirib və onun adının "Tramp boğazı" olaraq dəyişdirilməsini təklif edib.//Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki