ÜST rəhbəri dünyanı xəbərdar etdi: “Növbəti pandemiya qaçılmazdır”

Yeni tənəffüs patogeninin meydana çıxması COVID-19 pandemiyasına bənzər nəticələrə səbəb ola biləcək yeni pandemiyaya gətirib çıxara bilər.

Referans Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

ÜST rəhbəri yeni tənəffüs patogeninin ortaya çıxması ehtimalının onu ən çox narahat edən məsələlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, belə bir patogen COVID-19-un yaratdığı nəticələrə oxşar fəsadlara səbəb ola bilər. Qebreyesus yeni pandemiyanın qaçılmaz olduğunu və bunun yalnız zaman məsələsi olduğunu vurğulayıb. “Növbəti pandemiya “əgər” yox, “nə vaxt” məsələsidir”, - deyə o qeyd edib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki