İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.
Referans Media “Report”a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: “İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-a etibar etmir”.
“İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək”, – Pezeşkian vurğulayıb.
Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.
