BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

  BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçib.

Referans xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vasili Nebenziya şuranın ay ərzində gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, oktyabr ayında TŞ-nin diqqət mərkəzində Yaxın Şərq, Afrika və digər regional məsələlər olacaq.

Oktyabrın 6-da qadınların sülh və təhlükəsizlikdə rolu mövzusunda debat keçiriləcək. Şura 23 oktyabrda Yaxın Şərq üzrə açıq debat keçirəcək. 24 oktyabrda isə BMT Günü – BMT Nizamnaməsinin qüvvəyə minməsinin 80 illiyi münasibətilə xüsusi debat təşkil olunacaq.//publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki